DÜNYA
Hakkaridə 8 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLİB

Türkiyənin Hakkari şəhərində 8 terrorçu məhv edilib.
KAİM.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Eren-14” əməliyyatı çərçivəsində Hakkarinin Cilo bölgəsində PUA-ların da havadan köməyilə bölücü terror təşkilatına mənsub 8 şəxs zərərsizləşdirilib. Regionda əməliyyatların davam etdirildiyi vurğulanıb.
Loading...
Yazının davamı reklamdan sonra
Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə tviter səhifəsində paylaşım edərək xeyli müddətdir təqib olunan 8 nəfərdən ibarət terrorçu qrupun Hakkaridə zərərsizləşdirildiyini ifadə edib.
“Qəhrəmanlarımızı təbrik edirəm”, – o əlavə edib.
Mənbə
KAİM.az