DÜNYA
ABŞ sakinlərinin çoxu Əfqanıstan və İraqdakı müharibələri səhv HESAB EDİR

ABŞ-lıların 35%-i Əfqanıstanda, 34%-i isə İraqda müharibənin səhv olmadığını düşünür.
KAİM.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Associated Press-NORC Center”in keçirdiyi sorğunun nəticələri göstərir.
“Müvafiq olaraq, rəyi soruşulanların 62% və 63%-i bu müharibələri səhv adlandırıb”, – saytın dərc etdiyi press-relizdə deyilir.
Loading...
Yazının davamı reklamdan sonra
Məlumata görə, ABŞ əhalisi ekstremist qruplaşmaların yaratdığı təhlükədən son dərəcə narahatdır. Bununla belə, respondentlərin 65%-i ABŞ daxilində fəaliyyət göstərən qruplaşmalardan, 50%-i isə ölkə xaricindəki ekstremistlərdən narahatdırlar.
Qeyd edək ki, sorğuda 1729 ABŞ vətəndaşı iştirak edib.
KAİM.az