Top.Mail.Ru

DÜNYA

Nyu-Yorkun məşhur “PİLLƏKƏNLƏR”i turistlər üçün bir müddət BAĞLI QALACAQ

ABŞ-ın Nyu-York ştatının Manhetten adasının məşhur turizm məkanlarından olan Hudson Yardsda yerləşən “The Vessel” adlanan spiral pilləkənlərdən ibarət nəhəng tikili intiharlar səbəbindən fəaliyyətini dayandırıb.

KAİM.az-ın yerli bürosu xəbər verir ki, son bir neçə ayda dörd nəfər 154 pilləkəndən ibarət, 150 metr yüksəkliyi olan “gəmi”dən özünü aşağı ataraq intihar edib.

Ötən ilin fevral ayında ilk intihar hadisəsinin reallaşdığı arı pətəyini xatırladan “The Vessel”də son bir neçə ayda üç nəfər intihar edib. Bir neçə gün öncə 21 yaşındakı gəncin faciəli şəkildə ölümündən sonra şirkətin sözçüsü müvəqqəti olaraq “gəmi”nin ziyarətçilərin üzünə bağlı olacağını açıqlayıb.

Loading...
Yazının davamı reklamdan sonra

“The Vessel”in idarə heyətinin sədri Lovell Kernin sözlərinə görə, tikili yenidən istifadəyə verilərsə, intiharların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər planı hazırlanacaq.

Qeyd edək ki, 2017-ci ildə ingilis dizayner Tomas Heathervick tərəfindən inşa olunan tikili Nyu-York şəhərinin mənzərəsinin ən gözəl göründüyü məkanlardan biri hesab olunur. Hər gün minlərlə turistin ziyarət etdiyi məkan interaktiv sənət əsəri adlandırılır. //Report

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button