Top.Mail.Ru

DÜNYA

Erməni hərbçi üç xidmət yoldaşını qətlə yetirməkdə ŞÜBHƏLİ BİLİNİR

Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb.

KAİM.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd olunur ki, cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnmiş üç əsgərin meyiti tapılıb. Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.

Loading...
Yazının davamı reklamdan sonra

Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb.

Cinayət işinin ibtidai istintaqı davam edir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button