Top.Mail.Ru

DÜNYA

Kapitolinin ətrafındakı məhəllələr MÜHASİRƏYƏ ALINIB

ABŞ-ın paytaxtı Vaşinqtonun mərkəzində, Kapitoli binasının ətrafındakı bir neçə məhəllə Konqres kitabxanasının qarşısındakı şübhəli avtomobil səbəbindən polis tərəfindən mühasirəyə alınıb.

KAİM.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kapitoli təpəsi, Ali Məhkəmənin binası və Konqres kitabxanası “mühasirə”yə düşən yerlər sırasındadır.

Ərazi sarı lentlə təcrid edilib, orada zabitlər asayişi qoruyurlar və yolu oraya düşənlərdən marşrutu dəyişmələrini xahiş edirlər. Jurnalistlərin işləməsi üçün şübhəli avtomobildən yüzlərlə metr aralıda meydança qurulub.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, daha əvvəl Kapitoli polisi Konqres kitabxanasının yaxınlığında aktiv bomba partlayışı təhlükəsi olduğunu bildirmiş və insanları bu ərazidən kənar durmağa çağırmışdı.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button