Top.Mail.Ru

DÜNYA

BMT baş katibi: “Biz Əfqanıstanda bütün tərəflərlə əməkdaşlıq EDƏ BİLƏRİK”

“Bu gün Əfqanıstanın milli günüdür. Bu çətin vaxtda əfqan xalqına xüsusi mesaj vermək istəyirəm. Birləşmiş Millətlər Təşkilatı sizin yanınızdadır və bölgədə sülhün və insan hüquqlarının qorunması prinsipinə sadiqdir. Biz Əfqanıstanda bütün tərəflərlə əməkdaşlıq edə bilərik”.

KAİM.az-ın yerli bürosu xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quttereş jurnalistlərə açıqlamasında deyib.

A.Quttereş BMT-nin əfqan xalqını dəstəkləməyə davam etdiyini vurğulayıb: “Hesab edirəm ki, dünya birliyi “Taliban”la müzakirələrdə vahid cəbhə kimi çıxış etməlidir. Təhlükəsizlik Şurasının iclasında və qapalı iclasda xahiş etdim ki, bu məsələnin həlli üçün beynəlxalq birliyin birləşməsi vacibdir. Birliyə müvəffəq olmaqla insan hüquqlarına, xüsusən də qadın hüquqlarına hörmət edilməsinə nail ola bilərik. Buna görə də hesab edirəm ki, şərtlərin reallaşması üçün “Taliban”la ortaq bir cəbhənin olması çox vacibdir. Bu gün və ötən gün Qətərin baş nazirinin müavini və xarici işlər naziri ilə sıx təmaslarım oldu. Qətərin təşəbbüslərini izləyirik və dəstəkləyirik. Ümid edək ki, verilən qərarlar əfqan xalqının firavanlığına xidmət edəcək”.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button