Top.Mail.Ru

DÜNYA

BMT-nin azərbaycanlı rəsmisi: “Taliblər” Əfqanıstanda qalmağı XAHİŞ ETDİLƏR”

“Taliblər” BMT-yə dəstək ifadə ediblər və təşkilatın nümayəndələrinə ölkədə qalmağı, humanitar fəaliyyəti davam etdirməyi xahiş ediblər.

KAİM.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə BMT-nin Əfqanıstanda humanitar məsələlər üzrə koordinatoru, milliyyətcə azərbaycanlı Ramiz Ələkbərov bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda BMT-nin humanitar ofisi və “Taliban” arasında praktik qarşılıqlı əlaqə 18 ildir davam edir. “Biz bu vaxt ərzində daim onlarla işləyirdik. Bizim humanitar fəaliyyətin reallaşdırması üzrə qurulmuş münasibətlərimiz var”, – Ramiz Ələkbərov deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Onun sözlərinə görə, son günlər BMT ofisi ilə “taliblər” arasında “hansısa bir yeni razılaşmalar” olmayıb.

“Bizim işçi əlaqələrimiz var. Onlar həmişə bizə dəstək verduikərinə inandırırlar. Onlar yenə bizə dəstək ifadə etdilər və bizə burada qalmağa və humanitar yardımı davam etdirməyi xahiş etdilər”, – Ramiz Ələkbərov qeyd edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button