Top.Mail.Ru

DÜNYA

KİV: “Taliblər”ABŞ və NATO-ya kömək etmiş əfqanları AXTARIRLAR

Radikal “Taliban” hərəkatının üzvləri Əfqanıstanda ABŞ və NATO ilə əməkdaşlıq etmiş yerli sakinlərin axtarışlarını aktivləşdiriblər.

KAİM.az xəbər verir ki, bu barədə Norveçin Qlobal Analiz Mərkəzinin BMT üçün hazırlanmış sənədinə istinadən “The New York Times” qəzeti bildirib.

Nəşrin informasiyasına əsasən, “taliblər”də belə insanların adları və ünvanlarının siyahısı var. “Taliban” nümayəndələri evlərə gedir və ya müəyyən şəxsləri saxlayırlar. Hərəkatın silahlıları həmçinin həmin əfqanları təslim olmayacaqları təqdirdə ailə üzvlərinin həbsi və ya qətli ilə hədələyirlər.

Loading...
Yazının davamı reklamdan sonra

Ən böyük təhlükə ilə əfqan hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və devrilmiş hökumətin istintaq bölmələrində işləmiş şəxslər üzləşiblər.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button