Top.Mail.Ru

DÜNYA

Baydenin məsləhətçisi: “İŞİD Əfqanıstanda hücumlar təşkil EDƏ BİLƏR”

Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, İŞİD döyüşçüləri Əfqanıstanda Kabildən təxliyə edilməyə çalışan Amerika vətəndaşlarına zərbələr endirə bilərlər.

KAİM.az-ın məlumatına görə, o, bunu NBC telekanalının efirində deyib.

“Ən çox diqqət yetirdiyimiz mümkün fövqəladə hallardan biri hələ də “Taliban”ın qatı düşməni olan İŞİD-Xorasan” tərəfindən terror hücumu təhlükəsinin mövcud olmasıdır”, – o deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Baydenin məsləhətçisi qeyd edib ki, ABŞ İŞİD və “Taliban” arasında əməkdaşlığın olacağını gözləmir, ancaq bu halda Kabil aeroportunda vəziyyət son dərəcə ağır olaraq qalır.

Daha əvvəl Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden 31 avqusta qədər Əfqanıstandan təxliyyəni qurtarmaq zərurəti haqqında bildirib.

Qeyd edək ki, avqustun 15-də radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisi üzərində nəzarəti ələ keçirdiyini elan edib. İndi “taliblər” paytaxt Kabilə nəzarət edirlər. Əfqanıstanın minlərlə sakini ölkədən çıxmağa çalışaraq aeroporta sığınıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button