Top.Mail.Ru

DÜNYA

Britaniya bütün vətəndaşlarının Əfqanıstandan təxliyəsini gələn həftə YEKUNLAŞDIRACAQ

Böyük Britaniya vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanın paytaxtı Kabilə son təyyarə reysini gələn həftənin çərşənbə axşamı günü həyata keçirməyi planlaşdırır.

KAİM.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Times” qəzeti bildirib.

Nəşri məlumatlandıran mənbələrdən birinin sözlərinə görə, bu tarix rəsmən uyğunlaşdırılmayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, ötən həftənin bazar günündən Kabildən krallığa reyslə 1,2 min nəfər gətirilib. Britaniyanın Əfqanıstandakı səfiri isə deyib ki, krallıq öz vətəndaşlarının və bu hüquqa malik olan əfqanların təxliyəsinin təşkili üçün “taliblər”lə “taktiki, praktik səviyyədə” işləyir.

BBC teleradio şirkəti Birləşmiş Krallığın Müdafiə Nazirliyinə istinadən Britaniyanın öz vətəndaşlarının Kabildən təxliyə prosesində təhlükəsizliyin təmin olunması üçün Əfqanıstana daha 200 nəfər hərbi qulluqçu göndərəcəyi barədə məlumat yayıb. Beləliklə, Kabil aeroportunda Britaniyanın təxminən 900 nəfər hərbi qulluqçusu patrul xidməti həyata keçirəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button