DÜNYA
ABŞ Əfqanıstandan 9 min nəfəri TƏXLİYƏ EDİB

ABŞ avqustun 15-dən bəri Əfqanıstandan 9 min nəfəri təxliyə edib.
KAİM.az-ın məlumatına görə, Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild “CNN”ə bildirib ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi gündən bəri Kabil hava limanından təxliyə edilən insanların sayı 9 minə çatıb.
“Artıq 9 min insanı təxliyə etmişik. İnsanları ən qısa zamanda çıxarmaq üçün əlimizdən gələni edirik”, – direktor deyib.
Loading...
Yazının davamı reklamdan sonra
Hazırda Əfqanıstanda qalan amerikalıların sayı məlum deyil.
KAİM.az