Top.Mail.Ru

DÜNYA

Stoltenberq: “NATO terrorçuların Əfqanıstandan alyansı təhdid etməsinə İCAZƏ VERMƏYƏCƏK”

“NATO beynəlxalq terrorizmin Əfqanıstan ərazisindən alyansı təhdid etməsinə icazə verməyəcək”.

KAİM.az TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin növbədənkənar videokonfransından sonra keçirdiyi mətbuat konfransında deyib.

Baş katib bildirib ki, NATO ölkələri mümkün qədər çox adamı çıxarmaq məqsədilə avqustun 31-dən sonra da alyansın Kabil hava limanına nəzarəti əlində saxlamasının zəruri olduğunu qeyd ediblər.

Loading...
Yazının davamı reklamdan sonra

“ABŞ Kabil hava limanına nəzarəti avqustun 31-dək davam etdirməyi təklif etdi, lakin NATO ölkələri mümkün qədər çox insanı evakuasiya etmək məqsədilə bu müddətin uzadılmasının tərəfdarı oldular”, – Y.Stoltenberq söyləyib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button