DÜNYA
Pentaqon: “Əl Qaida” və İŞİD Əfqanıstandadır

“Əl Qaida” və İŞİD terror təşkilatları Əfqanıstanda mövcudluqlarını qoruyub saxlayırlar, lakin onların üzvlərinin sayı Amerikaya məlum deyil.
KAİM.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi deyib.
“Biz bilirik ki, “Əl Qaida” İŞİD kimi Əfqanıstanda mövcuddur. Biz hesab etmirik ki, (onların döyüşçülərinin sayı – red) həddən artıq çoxdur, amma bizdə sizin üçün dəqiq rəqəm yoxdur”, – Pentaqon rəsmisi qeyd edib.
Loading...
Yazının davamı reklamdan sonra
ABŞ Əfqanıstanda amerikalılar barəsində zorakılıq haqqında xəbərlərdən narahatdır. Amerika rəsmiləri “taliblər”ə bunun qəbuledilməz olduğunu bildiriblər. //Report