Top.Mail.Ru

DÜNYA

İraqda partlayış olub, ölənlər və xəsarət ALANLAR VAR

İraqın paytaxtı Bağdadın şimalında baş vermiş partlayış zamanı “Al-Haşd aş-Şaabi” şiə qoşununun azı dörd döyüşçüsü həlak olub, daha səkkiz silahlı müxtəlif xəsarətlər alıb.

Bu barədə KAİM.az yerli “Al-Sumaria” telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, qoşunun döyüşçülərinin olduğu avtomobil Bağdaddan şimaldakı Tarmiya rayonunda hərəkət edərkən terrorçuların basdırdıqları partlayıcı qurğunun üstündən keçib. Nəticədə partlayış baş verib.

Loading...
Yazının davamı reklamdan sonra

İraq təhlükəsizlik xidmətlərindəki mənbələr telekanala bildirib ki, hadisənin baş verdiyi ərazidə İŞİD terror qruplaşmasının özək təşkilatına qarşı xüsusi əməliyyat keçirilir. Terrorçuların hücumda iştirakı ehtimal edilir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button