DÜNYA
Təhlükəli “Qreys” qasırğası Meksikaya YAXINLAŞIR

Meksikaya doğru hərəkət edən “Qreys” tropik qasırğası daha da güclənərək Saffir-Simpson cədvəli üzrə üçüncü təhlükə kateqoriyasına çatıb.
KAİM.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.
Məlumata görə, “Qreys” qasırğası hazırda Halisko ştatının Tukspan şəhərinin 75 km-liyindədir. Qasırğa təxminən 4 m/s sürətlə hərəkət edir. Qasırğa hüdudlarında küləyin sürəti 54 m/s-yə çatır.
Loading...
Yazının davamı reklamdan sonra
Qeyd edək ki, Atlantik okean bölgəsində qasırğa mövsümü iyunun əvvəlindən noyabrın sonunadək davam edir. //Report