Top.Mail.Ru

DÜNYA

“Taliban” Heratda 145 əfqan xüsusi təyinatlısını həbsdən AZAD EDİB

“Taliban” Əfqanıstanın qərbində yerləşən Herat əyalətində saxlanılan əfqan xüsusi təyinatlılarının 145 əsgərini azad edib.

Bu barədə KAİM.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.

Əfqanıstanın yerli telekanalı “Tolo News” avqustun 20-də keçmiş Əfqanıstan hökumətinin bəzi yüksək vəzifəli məmurlarının “Taliban” tutulduğunu və itkin düşdüyünü bildirib. Belə ki, Əfqanıstanın şərqində yerləşən Laqman əyalətinin valisi Əbdül Vəli Vahidzai və bölgənin polis idarəsinin rəisi Lotfullah Kamran taliblərin hücumu zamanı onlara təslim olublar. Qəzni əyalətindəki polis idarəsinin rəisi Məhəmməd Haşim Qalji “Taliban” bölgənin inzibati mərkəzinə daxil olduqdan sonra yoxa çıxıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bu həftənin əvvəlində “Taliban” onlara qarşı çıxan hər kəsi əfv etdiyini açıqlayıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button