Top.Mail.Ru

DÜNYA

Çexiya prezidenti: “NATO Əfqanıstanı Tramp və Baydenə görə TƏRK EDİB”

NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ağ Evin hazırkı sahibi Cozef Bayden məsuliyyət daşıyır.

KAİM.az xəbər verir ki, bunu Çexiya prezidenti Miloş Zeman “Blesk” qəzetinin şəbəkə telekanalına müsahibəsində bildirib.

“Qoşunların Əfqanıstandan çıxarılmasının əsas səbəbi bu, iki prezident olub”, – Zeman deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Onun sözlərinə görə, Tramp və Bayden Əfqanıstanda hərbi mövcudluğunu saxlamaqda cəsarət göstərməyib.

Zemanın fikrincə, NATO “ABŞ xidmət təşkilatı” olmağı dayandırmalıdır: “Şimali Atlantika Alyansı hazırda təşkilat ABŞ prezidentinin göstərişlərinə uyğun hərəkət edir. NATO-da köklü və dərin islahatlara ehtiyac var. Fransa Prezidenti Emmanuel Makronun dediyi kimi, Rusiya NATO-nun düşməni deyil, NATO-nun düşməni beynəlxalq terrorizmdir”.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button