Top.Mail.Ru

DÜNYA

“Taliblər” Baqlan əyalətinin üç rayonunu GERİ ALIBLAR

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın Baqlan əyalətində müqavimət qüvvələrini geri oturdaraq, üç rayon üzərində nəzarəti bərpa ediblər.

KAİM.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi bildirib.

“İndi Baqlanın heç bir yeri müqavimət qüvvələrinin nəzarəti altında deyil”, – mənbə agentliyə əlavə edib.

Loading...
Yazının davamı reklamdan sonra

“Taliblər”in Puli-Xesar, Deh-Salah və Banu rayonlarını geri almağa müvəffəq olmaları barədə Əfqanıstanın Müdafiə Nazirliyinin başçısı Bismilla Xan Məhəmmədi də bildirib.

Bu gün “Taliban”la qarşıdurmanın yeganə mütəşəkkil mərkəzi kimi əsasən yerli taciklərin təmsil etdiyi Pəncşirin adını çəkmək olar.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button