Top.Mail.Ru

DÜNYA

Bayden: “ABŞ iyuldan Əfqanıstandan 33 min insanı TƏXLİYƏ EDİB”

Birləşmiş Ştatlar iyulun əvvəlindən Əfqanıstandan təxminən 33 min insanı təxliyə edib, bu halda onlardan 28 min nəfəri avqustun 14-dən respublikanı tərk edib.

KAİM.az xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlər qarşısında çıxış edən ABŞ prezidenti Cozef Bayden bildirib.

O, qeyd edib ki, ABŞ Əfqanıstandan yalnız amerikalıları təxliyə etmir, həm də NATO ölkələrinin, müttəfiq dövlətlərin vətəndaşlarını, onların diplomatik missiyalarının əməkdaşlarını da evakuasiya edir.

Loading...
Yazının davamı reklamdan sonra

“Bu gün səhərə olan məlumata görə, 14 avqustdan demək olar, ABŞ-ın və koalisiya dövlətlərinin təyyarələrində çarter reysləri daxil olmaqla, 28 min insanı təxliyə etdik, buna görə də iyuldan təxliyyə edilmiş insanların ümumi sayı təxminən 33 min nəfər təşkil edib”, – dövlət başçısı qeyd edib.

Ağ Ev rəhbəri bildirib ki, ABŞ Əfqanıstan vətəndaşlarını da təxliyə edir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button