Top.Mail.Ru

DÜNYA

Bayden ABŞ-ın Əfqanıstandakı itkilərinin sayını çətinliklə AÇIQLAYIB

ABŞ prezidenti Co Bayden cib kağızındakı qeydə baxmadan Birləşmiş Ştatların Əfqanıstandakı itkilərinin sayını açıqlaya bilməyib.

Bu barədə KAİM.az “RİA Novosti”yə istinadən xəbər verir.

O, Ağ Evdəki mətbuat konfransında jurnalistin ABŞ-ın itkiləri ilə bağlı sualına cavab vermək üçün o pencəyinin cibindən kiçik qeyd kağızını çıxarıb.

Loading...
Yazının davamı reklamdan sonra

“Bu kağız hər gün üstümdədir – biz faktiki olaraq itirdik: 2 448 nəfər amerikalı ölüb, 20 722 nəfər yaralanıb”, – Bayden deyib.

Bu məlumatlar zamanı o, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması haqqında qərarının düzgünlüyünü əsaslandırıb.

Əfqanıstanda vəziyyət “Taliban” hərəkatı döyüşçülərinin avqustun 15-də Kabilə girmələrindən və prezident sarayını nəzarət altına almalarından sonra daha da pisləşib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button