Top.Mail.Ru

DÜNYA

İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstanda münaqişə tərəflərinə MÜRACİƏT EDİB

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstanda sülhün qurulması naminə münaqişə tərəflərini hərtərəfli dialoqa çağırıb.

KAİM.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən fövqəladə iclasının nəticəsinə əsasən yayılan bəyanatda deyilir.

Daimi nümayəndələr səviyyəsində görüş Səudiyyə Ərəbistanının təşəbbüsü ilə çağırılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Rəsmi sənədin müəllifləri həmçinin təşkilatın Əfqanıstanda sülhü, sabitliyi və milli barışığı dəstəkləməsi mesajını çatdırmaq üçün İƏT Baş Katibliyinin yüksək vəzifəli nümayəndə heyətini Əfqanıstana göndərməyi də təklif ediblər.

İƏT Əfqanıstanın yeni administrasiyasını və beynəlxalq ictimaiyyəti ölkənin yenidən terrorçular üçün sığınacaq olmaması üçün səyləri birləşdirməyə çağırıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button