Top.Mail.Ru

DÜNYA

BMT daha 120 əməkdaşını Əfqanıstandan Qazaxıstana TƏXLİYƏ EDİB

BMT daha 120 əməkdaşını və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Əfqanıstandan Qazaxıstana təxliyə edib.

KAİM.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrikin açıqlamasında deyilir.

“BMT avqustun 22-də Əfqanıstanda 120 nəfəri Əfqanıstanın paytaxtı Kabildən çıxararaq Alma-Ataya aparıb, bu son həftə ərzində ikinci belə aviareysdir. Sərnişinlər arasında BMT əməkdaşları və BMT-nin Əfqanıstandakı partnyoru olan bir neçə qeyri-hökumət təşkilatının üzvləri var”, – xəbərdə deyilir.

Loading...
Yazının davamı reklamdan sonra

“Birləşmiş Millətlər diqqətini özünün minlərlə əməkdaşının və partnyorlarının təhlükəsizliyinin təminatına yönəldib, köməyə ehtiyacı olan milyonlarla əfqana “kritik əhəmiyyətli humanitar və digər yardımlar üzərində işləyir”, – Dujarrik qeyd edib.

Qeyd edək ki, ötən həftə BMT-nin təxminən yüz əməkdaşı məsafəli iş rejimində çalışmaq üçün təyyarə ilə Kabildən Alma-Ataya aparılıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button