Top.Mail.Ru

DÜNYA

Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda İTTİHAM EDİB

Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda günahlandırıb.

KAİM.az BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısı Polşanın sərhəd ərazilərində münaqişə yaratdığını bəyan edib.

A.Lukaşenko Almaniyaya getmək üçün Belarusdan Polşaya keçməyə çalışan Əfqanıstan qaçqınlarının Polşa sərhədçiləri tərəfindən silah təzyiqi ilə geri qaytarıldığını və qaçqınların Polşa-Belarus sərhədində 2-3 sutkadır açıq havada ac və susuz qalmağa məcbur olduqlarını bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

“Sərhəddə gecələr cəmi 7-8 dərəcə istilik olur. Bu gün mən düşünməliyəm ki, onlarla nə edim”, – Belarus Prezidenti əlavə edib.

O, Belarusun dövlət sərhədlərinin Polşa tərəfindən pozulduğunu söyləyib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button