Top.Mail.Ru

DÜNYA

Almaniya əfqan qaçqınlarına yüz milyon avro AYIRIB

Almaniya Əfqanıstanla qonşu ölkələrdə məskunlaşan əfqan qaçqınlarına kömək məqsədilə beynəlxalq təşkilatlara 100 milyon avro təcili maliyyə yardımı ayırıb.

KAİM.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Berlin Əfqanıstanın qonşu dövlətləri ilə bununla bağlı artıq danışıqlara başlayıb. Danışıqlar Özbəkistan, Pakistan, Tacikistan və Hindistan xarici siyasət idarələrinin rəhbərləri ilə aparılır.

Loading...
Yazının davamı reklamdan sonra

Razılığa əsasən, sərhədi keçən və Almaniyaya göndərilmək üçün Əfqanıstanla qonşu ölkələrdə müvəqqəti sığınacaq alan qaçqınlar bu yardımdan yararlana biləcəklər.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button