DÜNYA
Bayden: “ABŞ-da peyvənd sayəsində 100 mindən çox insanın həyatı XİLAS EDİLİB”

ABŞ-da vaksinasiya 100 mindən çox insanın həyatını xilas edib və 450 mindən çox xəstəxanaya yerləşdirilməsinin qarşısını alıb.
KAİM.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.
“Bu, kritik bir irəliləyişdir, amma daha sürətli hərəkət etməliyik”, – ABŞ Prezidenti bildirib.
Loading...
Yazının davamı reklamdan sonra
Onun sözlərinə görə, bu günə qədər 12 yaşdan yuxarı ölkə sakinlərinin 71% -i azı bir dozada koronavirus peyvəndi qəbul edib.
“Hazırda 170 milyondan çox insan tam peyvənd olunub,” – Cozef Bayden qeyd edib.
Mənbə
KAİM.az