İran millətvəkili: “Azərbaycanla eyni dinə mənsubuq amma..”

İran millətvəkili Nizaməddin Müsəvi Azərbaycan Ermənistan arasındakı münaqişədə İranın heç biri tərəfi dəstəkləmək istəmədiyini qeyd edib.
KAİM.az xarici mətbuata istinadən xəbər verir ki, İran millət vəkili Nizaməddin Müsəvi Dağlıq Qarabağla bağlı müsahibə verib. Müsəvi münaqişə tərəflərindən heç bir ölkəni dəstəkləmədiklərini ifadə edərək qeyd edib: “Azərbaycanla eyni məhzəbə və dinə mənsubuq. Ermənistanla isə qonşuluq münasibətlərimiz var. Biz Azərbaycan və Ermənistan müharibəsində heç bir dövləti dəstəkləmək istəmirik, müharibəni doğru saymırıq. Düşünürəm ki, BMT-nın qərarları əsasında məsələ həll edilməlidir”. Millətvəkili , bölgədəki münaqişənin Rusiya, İran, Türkiyə, Azərbaycan və Ermənistan arasında komitə qurularaq sülh çərçivəsində təmin edilə biləcəyini deyib.
Şəbnəm Zahir
KAİM.az