Top.Mail.Ru

DÜNYA

ABŞ “Taliban”la hər gün danışıqlar APARIR

Amerika Birləşmiş Ştatları hər gün Əfqanıstandakı “Taliban” hərəkatı ilə hərbi və siyasi kanallar vasitəsilə danışıqlar aparır.

KAİM.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Hər gün siyasi kanallar və təhlükəsizlik qüvvələri vasitəsi ilə “Taliban”la danışıqlar aparırıq. Geniş mövzuları əhatə edən bu müzakirələri müdafiə etmək üçün təfərrüatlara getmək istəməzdim”, – o deyib.

Loading...
Yazının davamı reklamdan sonra

O, Birləşmiş Ştatların amerikalıların, yerli sakinlər arasında olan müttəfiqlərini və üçüncü ölkə vətəndaşlarını 31 avqusta qədər təxliyəsini başa çatdıra biləcəyinə əminliyini ifadə edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button