Top.Mail.Ru

DÜNYA

Norveç Əfqanıstandan 374 nəfəri EVAKUASİYA EDİB

Norveç tərəfindən Əfqanıstandan 374 nəfər təxliyə edilib.

KAİM.az TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri İne Eriksen Syoreyde məlumat verib.

Onun sözlərinə görə, Kabil aeroportu açıq qaldığı müddətdə təxliyə işləri davam etdiriləcək. Təxliyə edilənlərin arasında Norveç vətəndaşları, həmçinin Norveç, Aİ və digər beynəlxalq strukturlarla əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşları var.

Loading...
Yazının davamı reklamdan sonra

Son uçuş zamanı ümumilikdə 157 nəfərin Norveçin paytaxtı Oslodakı hava limanına gətirildiyi əlavə edilib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button