DÜNYA
Gürcüstanda antiterror əməliyyatı keçirilib, 5 nəfər SAXLANILIB

Ötən gecə Gürcüstanın Pankisi bölgəsində xüsusi əməliyyat həyata keçirilib.
KAİM.az-ın yerli bürosu xəbər verir ki, nəticədə 5 nəfər saxlanılıb.
İlkin məlumatlara əsasən, həmin şəxslərlə bağlı istintaq terror təşkilatında üzvlük, bu cür təşkilatın yaradılması, rəhbərliyində və fəaliyyətində iştirak maddəsi üzrə aparılır.
Loading...
Yazının davamı reklamdan sonra
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən xüsusi əməliyyatla bağlı rəsmi məlumatın açıqlanacağı bildirilib.
Mənbə
KAİM.az