Top.Mail.Ru

DÜNYA

Aİ Əfqanıstana ayrılan humanitar yardımın həcmini artıracaq

Avropa İttifaqı (Aİ) Əfqanıstana ayrılan humanitar yardımın həcmini artırmaq barədə qərar qəbul edib.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen məlumat verib.

Onun sözlərinə görə, Aİ Əfqanıstana ayrılan humanitar yardımı 57 milyon avrodan 200 milyon avroyadək artıracaq.

Loading...
Yazının davamı reklamdan sonra

Bildirilib ki, humanitar yardım təkcə Əfqanıstanda yaşayan insanlar üçün deyil, həmçinin ölkə hüdudlarından kənardakı qaçqınlar üçün nəzərdə tutulub.

U.Leyen həmçinin deyib ki, Əfqanıstanda yeni hakimiyyət insan hüquqlarına riayət etməyə başlayana qədər nəzərdə tutulmuş 1 milyard avroluq iqtisadi yardım dondurulub.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button