Top.Mail.Ru

DÜNYA

Əlcəzair Mərakeşlə diplomatik əlaqələrə son qoyduğunu bəyan edib

Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra ölkəsinin Mərakeşlə diplomatik əlaqələri kəsmək qərarına gəldiyini açıqlayıb.

Bu barədə “Kaim” Reuters-ə istinadən xəbər verir.

Ramtan Lamamra əlavə edib ki, Mərakeş Əlcəzairə qarşı “düşmənçilik hərəkətləri” nümayiş etdirir.

Loading...
Yazının davamı reklamdan sonra

Əlcəzair və Mərakeş arasındakı fikir ayrılığı Şimali Afrikada mübahisəli ərazi olan Qərbi Sahara problemi ilə bağlıdır.

19-cu əsrin sonunda Afrikanın müstəmləkə bölgüsü zamanı ərazi İspaniyaya keçib. Mərakeş müstəqillik qazandıqdan sonra Qərbi Saharaya iddia irəli sürüb. 1975-ci ildə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi ərazinin heç bir dövlətə aid olmadığı qənaətinə gəlib.

2020-ci il noyabrın 14-də Mərakeş Qərbi Saharanı birləşdirmək üçün hərbi əməliyyata başlayıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button