Top.Mail.Ru

DÜNYA

Londonda ekoloji hərəkatın 100-dən çox tərəfdarı SAXLANILIB

Böyük Britaniyanın paytaxtı Londonda polis “Extinction Rebellion” ekoloji hərəkatının tərəfdarlarının təşkil etdiyi etiraz aksiyalarında 100-dən çox ekofəalı saxlayıb.

KAİM.az xəbər verir ki, bu barədə London hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir.

Bu gün keçirilən etirazlar nəticəsində Londonun bir sıra küçələri bağlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Daha əvvəl “Extinction Rebellion” hərəkatının nümayəndələri ictimaiyyətin diqqətini ətraf mühit və iqlim dəyişikliyinə cəlb etmək üçün iki həftə ərzində hər gün nümayişlər keçirmək niyyətində olduqlarını bildirmişdilər.

Fəallar hökumətdən bərpa olunmayan enerji mənbələrinə sərmayə qoymağı dayandırmağı tələb edirlər.

2018-ci ildə vüsət alan ətraf mühit hərəkatı bir il sonra genişmiqyaslı etiraz aksiyalarına başlayıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button