Top.Mail.Ru

DÜNYA

Kolumbiyada kömür mədənində partlayış olub, ölənlər var

Kolumbiyanın Boyake departamentində kömür mədənində partlayış olub.

“Kaim” xəbər verir ki, bu barədə regionun senatoru Aida Avelya özünün tvitterdəki hesabında bildirib.

O, qeyd edib ki, partlayış zamanı dörd nəfər həlak olub, bir nəfər ağır xəsarət alıb, daha yeddi nəfərin dağıntılar altında qaldığı güman edilir.

Loading...
Yazının davamı reklamdan sonra

“Boyakedə kömür mədənlərində qəzalar davam edir. Bu gün Topaqedə 4 işçi həlak olub. Təcili tədbirlər görmək lazımdır”, – senator yazıb.

“Europe & World News” nəşri yazıb ki, hadisənin baş verməsinə ilkin səbəb kimi metan və kömür tozunun partlayışı göstərilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button