Top.Mail.Ru

DÜNYA

Pentaqon bir neçə yüz hərbçinin Əfqanıstandan çıxarılmasını təsdiqləyib

ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon Əfqanıstandan bir neçə yüz hərbçinin çıxarılmasını təsdiqləyib.
“Kaim” xəbər verir ki, bu barədə nazirliyin təmsilçisi bildirib.
“Biz ABŞ-ın Əfqanıstandan bir neçə yüz hərbi qulluqçusunun çıxarılmasını təsdiqləyə bilərik”, – Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbinin bəyanatında deyilir.
Onun sözlərinə görə, söhbət Kabil aeroportunu tərk etməli olan qərargah hərbçilərindən və köməkçi əməkdaşlardan gedir. Onların işi qurtarıb.
“Bu, həyata keçirilən missiyaya təsir etməyəcək”, – Kirbi qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Kabilə bir neçə min hərbçi göndərərək, Birləşmiş Ştatların hərbi qüvvələrinin sayını 6 min nəfərdən çox insana çatdırıb. Bu, amerikalıların və onlarla işləyən əfqanların təxliyəsini təmin etmək üçün edilib.

Mənbə
KAİM.az

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button