Top.Mail.Ru

DÜNYA

Ermənistan parlamentində yenə dava düşüb, deputatlar bir-birlərinə butulka atıb

Xəbərə video əlavə olunub

11:09

Ermənistanın qanunverici orqanının bugünkü iclasında qalmaqal yaşanıb.

“Kaim” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən Hayk Sarkisyanın çıxışı müxalif deputatların qəzəbinə səbəb olub.

Loading...
Yazının davamı reklamdan sonra

H.Sarkisyan iqtidarın siyasətini müdafiə edən çıxışı zamanı Ermənistanın bütün keçmiş müdafiə nazirlərini satqın adlandırması ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatları tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Müxalifətçilər H.Sarkisyana butulka atıb, sonradan bütün fraksiyalar bir-birinə butulka atmağa başlayıb, insident böyüyüb.

Qeyd edək ki, dünən də Ermənistan parlamentində qarşıdurma yaranmışdı.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button