Top.Mail.Ru

DÜNYA

Türkiyə ordusu Suriyanın şimalında daha 9 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimal bölgələrində daha 9 terrorçunu məhv edib.

“Kaim” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə 8, “Fırat Kalkanı” əməliyyatının keçirildiyi ərazilərdə isə 1 terrorçu olmaqla, ümumilikdə hücuma hazırlaşan 9 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Loading...
Yazının davamı reklamdan sonra

“Suriyanın şimalında terrorçulara keçid yoxdur!”, – qeyd edilib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button