Top.Mail.Ru

DÜNYA

Sabiq prezident Həmid Karzay Əfqanıstanın İdarəetmə Şurasında yer alacaq

Əfqanıstanın Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla, sabiq prezident Həmid Karzay və Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar radikal “Taliban” hərəkatının formalaşdırmağa çalışdığı Əfqanıstanın İdarəetmə Şurasının tərkibində yer alacaqlar.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Ariana News” telekanalı məlumat yayıb.

“Talibançılar” Kabilə daxil olduqdan sonra qeyd olunan üç siyasi xadim hakimiyyətin əvvəlki siyasi qüvvədən “Talibana” dinc şəkildə ötürülməsi üzrə Koordinasiya Şurası yaradıblar. Onlar yeni hakimiyyət orqanları, o cümlədən hökumətin formalaşdırılması məqsədilə hərəkat nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.

Loading...
Yazının davamı reklamdan sonra

Məlumata görə “Taliban” rəhbərliyi ölkənin əvvəlki hakimiyyətinin bəzi nümayəndələrinin də təmsil olunduğu 12 nəfərlik İdarəetmə Şurası yaratmaq niyyətindədir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button