Top.Mail.Ru

DÜNYA

Yaponiyanın 8 prefekturasında COVID-19 səbəbindən fövqəladə vəziyyət elan edilib

Yaponiya hökuməti daha 8 prefekturada koronavirus səbəbindən fövqəladə vəziyyət elan edilməsi haqqında qərarı təsdiq edib.

“Kaim” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Yosihido Suqa məlumat verib.

“Ölkədə qeydə alınmış yoluxma hallarının sayı artır. Bununla əlaqədar olaraq, Ayti, Qifu, Mie, Okayama, Siqa, Hirosima və Hokkaydo prefekturalarını fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi zonaya daxil etməyə qərar verdik. Fövqəladə vəziyyət avqustun 27-dən sentyabrın 12-dək qüvvədə olacaq”, – o deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, hazırda Tokio, Osaka, Kioto və Okinava da daxil olmaqla, Yaponiyanın 47 prefekturasından 21-də fövqəladə vəziyyət rejimi tətbiq edilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button