Top.Mail.Ru

DÜNYA

Ərdoğan: “2023 hədəflərimizlə Türkiyəni layiq olduğu inkişafa çatdıracağıq”

“2023 hədəflərimizlə Türkiyəni layiq olduğu inkişafa çatdıracağıq”.

“Kaim” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı deyib.

“2023 hədəflərimizlə ölkəmizi layiq olduğu inkişaf və demokratiya mərtəbəsinə çatdıracağıq. Bunun üçün var gücümüzlə çalışdıq, çalışırıq. 2053 və 2071 məqsədlərimizlə isə Türkiyəni hər sahədə dünyanın ən güclü ölkələri arasında ilk sıralara gətirmə vəzifəsini gənclərə miras buraxırıq”, – o qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Türkiyə Prezidenti Bitlisin Ahlat bölgəsindəki tarixi məzarları Türkiyənin Orxon-Yenisey abidələri adlandırıb.

Qeyd edək ki, 1071-ci ildə baş verən Malazgirt döyüşündə Səlcuqlar dövlətinin sultanı Alparslan Bizans hökmdarı Diogen üzərində qələbə qazanıb. Bu tarix türklərin Anadolu və Ön Asiya coğrafiyasında hakim gücə çevrilməsi baxımından həlledici sayılır.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button