Top.Mail.Ru

DÜNYA

Venesuelada daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

Venesuelanın qərbindəki Merida əyalətində uzun müddət davam edən leysan yağışlar nəticəsində Mokotis çayının daşması nəticəsində azı 17 nəfər həyatını itirib.

“Kaim”un xəbərinə görə, bu barədə El Nacional qəzeti əyalətin qubernatoru Ramon Guevara istinadən məlumat yayıb.

“Biz hətta təsəvvür etmirdik ki, faciə belə miqyas alacaq”, – o deyib. Qubernatorun məlumatına görə, həlak olanlar arasında həddi-buluğa çatmayan iki nəfər də var. Təbii hadisə nəticəsində daha 17 nəfər itkin düşmüş hesab edilir.

Loading...
Yazının davamı reklamdan sonra

Gevara qeyd edib ki, daşqınlar onlarla binanı məhv edib, 1,2 mindən çox evə ciddi zərər dəyib. Regionda elektrik enerjisinin təchizatı və mobil əlaqədə problemlər müşahidə olunur.

Leysanlar Venesuelanın paytaxtı daxil olmaqla, başqa regionlara da ziyan vurub. Çərşənbə axşamı ölkənin prezidenti Nikolas Maduro bildirib ki, hərbçilərin təbii hadisənin nəticələri ilə mübarizəyə cəlb olunmasını əmr edib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button