Top.Mail.Ru

DÜNYA

Kanada naziri “talibançılar”ı “qardaşlar” adlandırıb

Kanadanın qadınlar və gender bərabərliyi üzrə naziri Maryam Monsef onlayn mətbuat konfransı zamanı “taliblər”i “bizim qardaşlarımız” adlandırıb.

“Kaim” xəbər verir ki, bu barədə “Fox News” bildirib.

“Bu fürsətdən istifadə edərək, qardaşlarımızla, “taliblər”lə demək istəyirəm. Sizi Əfqanıstanda olan hər kəsin ölkədən təhlükəsiz və etibarlı şəkildə çıxmasını təmin etməyə çağırırıq”, – Moncef deyib.

Loading...
Yazının davamı reklamdan sonra

O “taliblər”i dərhal zorakılığı, soyqırımı və qadınların qətlini, həmçinin Əfqanıstanın tarixi binalar da daxil olmaqla, infrastrukturunun dağıdılmasını dayandırmağa çağırıb. Monsef “taliblər”ə sülhün saxlanılması üzrə danışıqlar masasına qayıtmağı təklif edib.

Qeyd edək ki, Kanadanın baş naziri Castin Tryudo ölkə hökumətinin Əfqanıstanda qanuni hakimiyyət kimi “Taliban”ı tanımaq niyyətində olmadığını deyib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button