Top.Mail.Ru

DÜNYA

Finlandiya sabahdan Əfqanıstandan təxliyəni dayandırır

Finlandiya avqustun 27-dən etibarən Əfqanıstandan təyyarə ilə təxliyəni dayandıracaq və quru yolla təxliyə imkanlarını nəzərdən keçirəcək.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yle” telekompaniyası məlumat verib.

Bildirilib ki, həmin vaxtadək təxliyəsi baş tutmayacaq şəxslərin Pakistan və İran kimi ölkələr vasitəsilə ölkədən çıxarılması planlaşdırılır.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, Finlandiya Əfqanıstandan öz vətəndaşlarını, həmçinin Finlandiya hakimiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş əfqanları (cəmi 300 nəfərədək) təxliyə edir. Hazırda təxminən 170 nəfərin təxliyə üçün gözlədiyi bildirilir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button