Top.Mail.Ru

DÜNYA

Sergey Lavrov AEBA-nın Baş direktoru ilə İranın nüvə proqramını müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İranın nüvə proqramı ətrafında müzakirə aparılıb.

Loading...
Yazının davamı reklamdan sonra

“Söhbət zamanı agentliyin əsas fəlaiyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. AEBA-nın zəmanət sistemlərində islahatlar, atom enerjisindən dinc məqsədlərlə istifadə edilməsi, habelə İranın nüvə proqramı ətrafındakı məsələlər müzakirə edilib”, – məlumatda vurğulanıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button