Top.Mail.Ru

DÜNYA

BMT-nin Baş katibi Kabildəki partlayışlardan narahatlığını ifadə edib

BMT-nin Baş katibi Antoniu Quterreş Kabildəki partlayışlardan narahatlığını ifadə edib.

“Kaim” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Baş katib rəhbəri olduğu təşkilatın əfqan xalqına kömək etməyə hazır olduğunu bəyan edib.

Loading...
Yazının davamı reklamdan sonra

“BMT Baş katibi vəziyyəti narahatlıqla izləyir. O, dinc əhalinin ölümünə səbəb olan bu terror hücumlarını qınayır və qurbanların ailələrinə başsağlığı verir. Bu hadisə Əfqanıstandakı qeyri-sabit vəziyyətə şahidlik edir və bu, xalqa yardım göstərmək əzmimizi gücləndirir”, – Dujarrik deyib.

Baş katibin sözçüsü, həmçinin bildirib ki, Kabil hava limanı ərazisində baş verən partlayış zamanı BMT əməkdaşları da orda olub, lakin onlardan heç kim xəsarət almayıb.

Xatırladaq ki, bu gün Kabil hava limanı yaxınlığında baş verən partlayışlar zamanı 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button