Top.Mail.Ru
DÜNYA

Türkiyədə təhsil işçilərinin 72 faizindən çoxu tam vaksin olunub

Türkiyədə təhsil sahəsində çalışanların koronavirusa qarşı vaksinasiya kampaniyasına cəlb olunması barədə statistika açıqlanıb.

“Kaim” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində məlumat verib.

Bildirilib ki, müəllimlər arasında birinci doza vaksin olunanların göstəricisi 84,06 faiz, tam vaksinlənənlər isə 72,57 faiz təşkil edib.

Bütün Türkiyə əhalisi üçün bu rəqəmlər müvafiq olaraq 76,12 faiz və 58,23 faizdir.

“Məktəblər açılır. Hələ vaksin olunamamış müəllimlər də yaxında bizlərə örnək olacaqlar”, – nazir qeyd edib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button