DÜNYA
SON DƏQİQƏ! Pakistan-Əfqanıstan sərhədində NÖVBƏTİ İNSİDENT – ÖLƏNLƏR VAR

Pakistan sərhədçiləri “Torkham” nəzarət-keçid məntəqəsi ərazisində sərhədi qanunsuz keçməyə cəhd edən 10 Əfqanıstan vətəndaşına atəş açıb.
KAİM.az xəbər verir ki, bu barədə məlumatı “Geo TV” yayıb. Qeyd olunur ki, nəticədə, 3 əfqan həlak olub, daha 5 nəfər isə yaralanıb.
Qeyd edək ki, “Torkham” nəzarət-keçid məntəqəsi Pakistan və Əfqanıstan sərhədində ən böyük və vacib məntəqə hesab olunur. Hər iki ölkə arasında sərhədyanı ticarət ən çox məhz bu nəzarət-keçid məntəqəsi ilə həyata keçirilir.
/ konkret.az