Top.Mail.Ru
DÜNYA

Almaniya Afrikaya 70 milyon doza vaksin verəcək

Almaniya Afrika ölkələrinə 70 milyon doza COVAX peyvəndi ayıracaq.

“Kaim” xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında açıqlayıb.

“Vaksinlər ən qısa zamanda Afrikadakı insanlara çatdırılmalıdır”, – Merkel deyib.

Bundan əvvəl Afrika ölkələrinə 30 milyon doza koronavirus peyvəndi ayrıldığı deyilirdi.

Qeyd edək ki, COVAX təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Proqramın şərtlərinə görə, yüksək gəlirli ölkələr daha az imkanlı ölkələr üçün vaksinlərin alınmasını ödəyirlər. 2021-ci ilin sonuna qədər 2 milyard dozada vaksin istehsal olunmalı və bütün dünyada bərabər paylanmalıdır.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button