Top.Mail.Ru
DÜNYA

“Taliban”ın xüsusi təyinatlıları Kabil aeroportuna daxil olub

“Taliban” radikal hərəkatının xüsusi təyinatlı dəstəsinin döyüşçüləri Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq aeroportunun ərazisinə girib.

“Kaim” xəbər verir ki, bu barədə “Herat Times” nəşri bildirib.

Nəşrin məlumatına görə, Əfqanıstan paytaxtı aeroportunun çox hissəsində təhlükəsizliyin təmin olunması üzrə səlahiyyətlər “taliblər”ə verilib. Hazırda hərəkatın silahlıları hava limanında təhlükəsizlik tədbirlərini həyata keçirirlər.

Qeyd edək ki, Kabildə partlayışlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb. Onların arasında Əfqanıstan vətəndaşları ilə yanaşı, ABŞ-ın 13 vətəndaşı, həmçinin 2 britaniyalı da var.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button