Top.Mail.Ru
DÜNYA

ABŞ senatoru Kennedinin qatili 50 illik həbsdən sonra azadlığa çıxa bilər

Amerika senatoru Robert Kennedinin qatili həbxsanada 50 illik cəzadan sonra vaxtından əvvəl azadlığa çıxmaq hüququ qazanıb.

“Kaim” xəbər verir ki, “Los Angeles Times” bildirib.

Şərti olaraq Vaxtından əvvəl Azad Edilmə üzrə Komissiya öldürülən siyasətçinin oğlu da daxil olmaqla, fələstinli cinayətkarı dəstəkləyən məktublar alıb. Prokurorluq onun həbsdən vaxtndan əvvəl azad olunmasına etiraz etməyib. Qeyd edilir ki, 77 yaşlı fələstinli 1972-ci ildən şərti azadlığa buraxılmaq üçün müraciət edib. O, 1983-2006-cı illər ərzində buna bir neçə dəfə cəhd göstərsə də, həmişə rədd cavabı alıb. Sonuncu dəfə 2016-cı ildə rədd cavabı alıb.

Robert Kennedi ABŞ-ın öldürülmüş prezidenti Con Kennedinin qardaşıdır. O, 1968-ci ilin iyununda Los-Anceles ətrafında şəhərdə mehmanxanada öldürülüb. Cinayəti fələstinli Sərxan Sərxan törədib, onun barəsində əvvəlcə ölüm hökmü çıxarılıb, lakin qərar sonra ömürlük həbs cəzasına qədər yüngülləşdirilib.

Sərxan cinayəti 24 yaşında törədib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button