Top.Mail.Ru
DÜNYA

Fransa Əfqanıstandan təxliyənin tamamlandığını bildirib

Fransa Müdafiə Nazirliyinin başçısı Florans Parli Əfqanıstandan təxliyənin tamamlandığını elan edib.

“Kaim” “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir bu barədə sosial şəbəkədəki hesabında yazıb.

“Avqustun 15-də respublika prezidentinin göstərişi ilə başlamış “Apagan” əməliyyatı bu axşam qurtarıb. İki həftədən az müddətdə Fransa hərbçiləri təxminən 3 min insanı, o cümlədən 2,6 mindən çox əfqanı təxliyə etdilər”, – nazir tvitterdə yazıb.

O, bildirib ki, Fransa təxliyə olunmuş əfqanları qəbul edib.

Fransa ordusunu baş qərargahı isə ölkənin sonuncu hərbçilərinin Əfqanıstanın paytaxtı Kabili cümə günü axşam saatlarında tərk etməsi barədə məlumat yayıb.

Qeyd edək ki, əcnəbi vətəndaşların, xarici missiyalarda çalışan əfqanların, ABŞ və digər NATO ölkələri hərbçilərinin təxliyəsi Kabildə yerləşən yeganə hava limanı vasitəsi ilə həyata keçirilir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button